Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yuventus" "Barselona"ya sərfəli təklif göndərdi

20 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yuventus" "Barselona"nın futbolçusu Frank Kessyeni heyətinə cəlb etməkdə maraqlıdır.

Press.az xəbər verir ki, Turin təmsilçisi 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə futbolçularını dəyişdirməyi təklif edib. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb. Xəbərə görə, "qoca sinyora" Kataloniya təmsilçisinə hazırda "Çelsi"də icarə əsasında çıxış edən Denis Zakariyanı təklif edəcək.

Mənbənin verdiyi məlumatda o da qeyd edilir ki, Kessyen daha öncə "Milan"da forma geyindiyi üçün "Yuventus" futbolçunun uyğunlaşmada heç bir çətinlik çəkməyəcəyini düşünür.

Qeyd edək ki, Kot-Divuar millisinin üzvü cari mövsüm "Barselona"da bütün türnirlərdə 32 oyun keçirib, 3 qol və 3 asisstlə yadda qalıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI