Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray" ulduz futbolçunu heyətinə qatır

20 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Super Liqasını lideri "Qalatasaray"ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi növbəti ulduz futbolçunun adı məlum olub.

Press.az xəbər verir ki, İstanbul təmsilçisi "Napoli"nin sabiq üzvü Lorenzo İnsinyeni transfer etməyi planlaşdırır. Bu barədə "Akşam" nəşri məlumat yayıb. Xəbərə görə, Mertensin keçmiş komanda yoldaşı olan italiyalı ulduz Neapol təmsilçisi ilə maaşı ilə bağlı razılığa gələ bilməmiş və MLS-ə yollanmışdı. Hazırkı durumundan məmnun olmayan 31 yaşlı hücumçu menecerinə yeni bir təklif gətirməsini söyləyincə, o da müştərisinə Türkiyə variantını bildirib. 

Mənbəyə görə, İnsinye də "Qalatasaray"a gəlməyə müsbət baxır. 

Transfer dəyəri 15 milyon avro ilə qiymətləndirilən futbolçunu "sarı-qırmızılar" ilk öncə icarə əsasında heyətinə qatıb, müqaviləsinə münasib satınalma bəndi əlavə edib, yayda transfer etməyi nəzərdən keçirir.

Qeyd edək ki, Lorenzo İnsinye uzun müddət formasını geyindiyi "Napoli"də 434 oyuna çıxıb, 122 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ilin yayından çıxış etdiyi MLS təmsilçisi "Toronto"da 13 oyunda 6 qol vurub. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI