Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Aygün Bəylər: "Ciyərim, başqa yerim ağrayır" - VİDEO

20 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bir il olar ki, xəstəliyimdən xəbərdar oldum. Dedim ki, Allahın imtahanı, qismətidir. Hər şeyimi sənətə bəxş etmişəm: sağlamlığımı, var-dövlətimi, qazandığım pulları. Mənim üçün xalqın alqışı önəmlidir".

Press.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist Aygün Bəylər qonaq olduğu "Günaydın Azərbaycan!" səhər şousunda deyib.

Yaşamağın çətin olduğunu söyləyən sənətçi xəstəliyindən söz açıb:

"Bu xəstəliyi Allah verdi ki, göstərsin xalqın duaları ilə səni həyata qaytardım. Yaşamaq çox çətindir. O ki qaldı sənətçi üçün. Çəkilişlərə qaçıram, baxıram ciyərim, başqa yerim ağrayır. Amma deyirəm, eybi yox, xalq dua edəcək və sağalacağam".

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Aygün Bəylər aylar əvvəl Türkiyədə bir neçə dəfə müalicə alaraq bu xəstəliyə qalib gəldiyini açıqlamışdı.

 

Oxşar xəbərlər
OTACI