Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Benzema Ronaldonun bu addımını təkrarlayacaq

19 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Real"ın futbolçusu Kərim Benzema yüksək səviyyədə çıxışını davam etdirmək üçün iş yükünü xeyli azaldacaq.

Press.az "Relevo"ya istinadən xəbər verir ki, fransalı hücumçu La Liqada və Çempionlar Liqasında əsas rəqibləri ilə matçlara hazır olmaq üçün klubun mövsümün sonuna yaxın daha az əhəmiyyətli səfər oyunlarını buraxmaq qərarına gəlib. O, bu mövzüda klubun sabiq futbolçusu Kriştiano Ronaldodan nümunə götürüb. Benzema hesab edir ki, 35 yaşını və son zədələrini nəzərə alsaq,  yüklənmənin azalması onun mövsümün sonuna qədər yaxşı formada qalmasına imkan verəcək.

Klubdakı hər kəs, o cümlədən digər oyunçular Benzemanın təşəbbüsünə müsbət yanaşıblar. Çünki futbolçunu mövsümün ən vacib anlarında onu itirmək istəmirlər.

Qeyd edək ki, Benzema  bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 19 qol vurub və 5 qolun ötürməsini verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI