First slide

Xərçəngə qalib gəldi, 531 gündən sonra meydana çıxdı

19 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bornmut”un xərçəng xəstəliyinə qalib gələn futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə oyuna çıxıb.

Press.az xəbər verir ki, uesli yarımmüdafiəçi İngiltərə Premyer Liqanın 28-ci turunun “Aston Villa” ilə matçın (0:3) 79-cu dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçiyə 2021-ci ilin oktyabrında limfa düyünlərinin xərçəngi diaqnozu qoyulub. 2022-ci ilin avqustunda klub onunla müqaviləni uzadaraq futbolçuya jest edib. "Mançester Siti"nin yetirməsi olan futbolçu 2018-ci ildən "Bornmut"da çıxış edir.

Oxşar xəbərlər
Category news

tr_star

29 Mar 2023

OTACI