Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu

18 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında  güləşçimiz Maqomed-Başir Xaniyev (70 kq) final görüşünə çıxıb.

Press.az xəbər verir ki, o, həlledici qarşılaşmada ermənistanlı Hayk Papikyanla üz-üzə gələcək. İdmançımız tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.

Digər idmançımız Rəşid Babazadə (65 kq) zədələndiyi üçün fransalı Xamzat Arsamerzoyevlə  final görüşündə güləşməyib və U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

Səbuhi Əmiraslanov ermənistanlı Narek Qriqoryana  4:1 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb.

 İslam İlyasov (97 kq) isə finalda  türkiyəli Oktay Çiftçi ilə üz-üzə gələcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI