Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Musa Qurbanlıdan 2 rekord

18 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Misli Premyer Liqasının 27-ci turunun “Sumqayıt”la oyununda 2 qola imza atıb.

Press.az xəbər verir ki, 21 yaşlı hücumçu bununla da cari mövsümdə vurduğu topların sayını 20-yə çatdırıb. Gənc forvard bir rekordu yeniləyib, digərinə şərik çıxıb. Musa Premyer Liqanın PFL-in bayrağı altında keçirilməyə başladığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olub. O, 2020/21 mövsümündə 19 qol vuran Namik Ələskərovun göstəricisini arxada qoyub. Yerli statusa malik futbolçunun ən azı 20 qol vurmasına sonuncu dəfə 2006/07 mövsümündə təsadüf olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın hücumçusu Zaur Ramazanov 20 dəfə fərqlənib.

Qurbanlı həm də “Qarabağ”ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/04 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.

(PFL)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI