Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millimizin heyəti açıqlandı

17 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.

Press.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi aşağıdakı 27 futbolçuya dəvət göndərib.

Qapıçılar: Səlahət Ağayev ("Qəbələ"), Emil Balayev ("Səbail"), Yusif İmanov ("Sabah")

Müdafiəçilər: Tellur Mütəllimov, Bəxtiyar Həsənəlizadə, Ceyhun Nuriyev (hamısı "Sabah"), Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Cəlal Hüseynov ("Şamaxı"), Höccət Haqverdi, Azər Salahlı, Azər Əliyev (hamısı "Neftçi"), Anton Krivotsyuk ("Tecon Xana", Cənubi Koreya), 

Yarımmüdafiəçilər: Eddi İsrafilov, Emin Mahmudov (ikisi də "Neftçi"), Riçard Almeyda, Filip Ozobiç (ikisi də "Qarabağ"), Elvin Camalov, Aleksey İsayev (ikisi də "Sabah"), Ozan Can Kökçü ("Eyndhoven", Niderland)

Hücumçular: Ramil Şeydayev, Musa Qurbanlı (ikisi də "Qarabağ"), Renat Dadaşov ("Qrasshopper", İsveçrə), Rüstəm Əhmədzadə ("Zirə"), Mahi Emreli ("Konyaspor", Türkiyə), Namik Ələsgərov ("Sabah")

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveç yığması ilə səfərdə qarşılaşacaq. Komandamız bu matçlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI