Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ”ın bu futbolçuları “Qalatasaray”la oyunda iştirak etməyəcəklər

17 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın on futbolçusunun "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacağı dəqiqləşib.

Press.az xəbər verir ki, bunlar Luka Quqeşaşvili, Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.

Luka Gürcüstan millisinə, Marko Veşoviç və Marko Yankoviç Monteneqro yığmasına Avro-2024-ün seçmə mərhələ matçları üçün dəvət alıblar. Digər oyunçular isə Azərbaycan millisinə çağırılıblar.

Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI