Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Üç güləşçimiz finalda

17 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Press.az xəbər verir ki, Azərbaycanın 3 sərbəst güləşçisi finala vəsiqə qazanıb.

Rəşid Babazadə (65 kq) yarımfinalda Babazadə türkiyəli Hamza Zopalıya 11:8 hesabı ilə qalib gəlib. Rəşid həlledici görüşdə fransalı Xamzat Arsamerzoyevlə üz-üzə gələcək.

Maqomed-Başir Xaniyev (70 kq) finala gedən yolda gürcüstanlı Davit Patsinaşvilini 7:4 hesabı ilə məğlub edib. O, finalda ermənistanlı Hayk Papikyanla güləşəcək.

İslam İlyasov (97 kq) 1/2 finalda macarıstanlı Riçard Veqə 6:0 hesabı ilə qalib gəlib. İslam həlledici görüşdə türkiyəli Oktay Çiftçi ilə qarşılaşacaqlar.

57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov isə yarımfinalda uduzduqlarından bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI