Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ”dan pulsuz bilet istəyənlərə müraciət

16 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Pulsuz biletlə bağlı bizə hələ də müraciətlər olur. Lakin digər oyunlardan fərqli olaraq bu, bir xeyriyyə matçıdır. Burada əsas məqsəd qardaş Türkiyədə dəstək olmaqdır”.

Press.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasıda “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Matçın Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədilə keçirildiyini xatırladan klub rəsmisi “Qarbağ”dan pulsuz bilet istəyənlərə müraciət edib. O, klub olaraq heç kimə pulsuz bilet paylamadıqlarını bildirib: “Bütün biletlər satışdadır. Klubun bütün əməkdaşları, şəxsən mən özüm də öz yaxın dostlarımıza bilet alaraq hədiyyə edirəm. Bu məsələdə bizə dəstək olan, bizi anlayan, həssaslıqla yanaşan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, hamı bu xeyriyyə işinə öz dəstəyini verəcək və bilet alıb oyunu izləyəcək”.

Xatırladaq ki, “Qarabağ” - “Qalatasaray” oyunu martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI