Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Sabah"dan növbəti qələbə

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasında 27-ci turun daha bir oyunu keçirilib.

Press.az xəbər verir ki, "Sabah" səfərdə "Zirə"yə iki cavabsız qolla qalib gəlib.

Qonaqların heyətində 52-ci dəqiqədə Davit Volkov və 62-ci dəqiqədə Coy Lens Mikels fərqlənib.

Bu qələbə ilə xallarını 62-yə çatdıran "Sabah" 2-ci pillədəki mövqeyini qoruyub. 37 xalı olan "Zirə" isə 4-cüdür.

Qeyd edək ki, XXVII turun açılış oyununda "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə darmadağın edib. "Səbail" - "Turan Tovuz" və "Neftçi" - "Kəpəz" matçları martın 16-da, "Qəbələ" - "Şamaxı" görüşü isə martın 17-də keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI