Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Samir Abasov İlham Zəkiyevi təbrik etdi

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Oyun haqda danışmamışdan öncə bizim üçün xoş olan bir məqamdan söz açmaq istəyirəm”.

Press.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”la oyundan (0:6) sonra keçirilən mətbuat konfransında deyib.

Abasov matç barədə danışmamışdan öncə bu günlərdə Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə qızıl medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyevi təbrik edib: “Çıxışıma təbriklə başlamaq istərdim. Bu gün xəbər tutduq ki, bizim dostumuz, Sumqayıtımızın fəxri İlham Zəkiyev Misirdə keçirilən Qran Pridə qızıl medal qazanıb. İlham mənim yaxınımdır, dostumdur. O, hər zaman bizə, komandamıza diqqəti ilə seçilib. Şəxsən özünü də bu gün təbrik elədim. İstədim ki, Zəkiyevi mətbuat vasitəsi ilə təbrik edim. İlham Sumqayıta yaraşan insandı. Var olsun, hər zaman fəxrimizidir. Gələcəkdə də ona uğurlar arzulayıram. Komandamızın adından İlham bəyi təbrik edirəm”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI