Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında medal qazana bilər

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazana bilər.

Press.az xəbər verir ki, 55 kq Elnurə Məmmədova və 68 kq-da Nigar Mirzəzadənin uduzduğu rəqiblər finala çıxdıqlarından onlar mükafat uğrunda görüşlərə qatılmaq şansı əldə ediblər.

Məmmədov 3-cü yer uğrunda moldovalı Mihaela Samoillə güləşəcək. Mirzəzadə isə təsəlliverici qarşılaşmada polşalı Karolina Kozlovskayla qüvvəsini sınayacaq.

16:30

Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksələ bilməyib.

Press.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova moldovalı Mariya Leordaya qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə uduzub.

55 kq-dakı Elnurə Məmmədova polşalı Angelika Mitkovskanı məğlub etsə də, 1/4 finalda isveçli Emma Malmqrenə yenilib.

68 kq-dakı Nigar Mirzəzadə ilk görüşündə slovakiyalı Suzanna Molnara ilə bacarmayıb.

82 kq-da mübarizə aparan yunan-Roma güləşçisi İsmayıl Rzayev isə təsəlliverici görüşdə polşalı Adam Qardziolaya məğlub olub.

Bu gün, həmçinin, yunan-Roma güləşçiləri medal qarşılaşmalarına çıxacaqlar. 60 kq-dakı Elmir Əliyev finalda Melkamu Fetene ilə, 72 kq-dakı Qurban Qurbanov İrfan Mirzoyevlə (Ukrayna), 97 kq-dakı Murad Əhmədiyev Aleks Şoke ilə (Macarıstan) güləşəcək.

67 kq-dakı Həsən Məmmədli bürünc medal uğrunda görüşdə İvo İliyevin (Bolqarıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI