Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Premyer Liqa: "Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın edib

15 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasında 27-ci tura start verilib.

Press.az xəbər verir ki, açılış oyununda "Qarabağ" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da keçirilən görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.

Hesabı 7-ci dəqiqədə Leandro Andrade açıb. 5 dəqiqə sonra Musa Qurbanlı 2-ci topu meydan sahiblərinin qapısından keçirib. 21-ci dəqiqədə Abdullah Zubir "gənclik şəhəri" təmsilçisini 3-cü dəfə məyus edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Qurbanlı özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 49-cu dəqiqədə Andrade dubl edib. Son nöqtəni isə 87-ci dəqiqədə Redon Cica qoyub. Bu, albaniyalı hücumçunun "köhlən atlar"ın heyətində ilk qolu olub.

Bu qələbədən sonra xallarını 71-ə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 21 xalı olan "Sumqayıt" isə 7-ci pillədə qalıb.

Günün son oyununda "Zirə" "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Qeyd edək ki, XXVII turun "Səbail" - "Turan Tovuz" və "Neftçi" - "Kəpəz" oyunları martın 16-da, "Qəbələ" - "Şamaxı" görüşü isə martın 17-də keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI