Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın 3 güləşçisi finalda - Avropa çempionatı

14 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Press.az xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayıb.

 

Elmir Əliyev (60 kq) 1/4 finalda türkiyəli Mert İlbarsı üstələyib. Əliyev yarımfinalda Dmitri Xaçidze (Gürcüstan) ilə qarşılaşıb və rəqibinə 7:1 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Həsən Məmmədli (67 kq) 1/8 finalda Mixail Portmannı (İsveçrə) üstələsə də, növbəti raundda türkiyəli Mustafa Yıldırıma məğlub olub. Türkiyə təmsilçisi finala yüksəldiyindən Məmmədli bürünc medal şansını davam etdirəcək.

Qurban Qurbanov təsnifat mərhələsindən etibarən ardıcıl olaraq Luka Malobabiç (Xorvatiya), İqor Botez (Rumıniya) və Yoni Komppanı (Finlandiya) məğlub edib. Qurbanov yarımfinalda gürcüstanlı Giorgi Çxikvadze ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatsa da, Azərbaycan təmsilçisi sonuncu xal prinsipinə əsasən finala adlayıb. Qurbanovun qızıl medal görüşündə rəqibi ukraynalı İrfan Mirzoyev olacaq.

Murad Əhmədiyev (97) 1/8 finaldan yarışa qoşulub. O, əvvəlcə serbiyalı Luka Katiçə, daha sonra isə ukraynalı Aleksandr Yevdokimova qalib gəlib. Əhmədiyev yarımfinalda Almaniya təmsilçisi Lukas Lazogianisə 7:5 hesabı ilə qalib gəlib. O, finalda macarıstanlı Aleks Şokeni sınağa çəkəcək.

İsmayıl Rzayev (82 kq) isə ilk görüşündə 1/8 final çərçivəsində Norveç təmsilçisi Eksaus Mukubuya uduzub. 

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

Bir gün əvvəl finala yüksələn Xasay Həsənli (77 kq) bu gün həlledici görüşdə moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq. Sərxan Məmmədov (130 kq) isə təsəlliverici qarşılaşmada Gean Ali güləşəcək.

Xatırladaq ki, ötən gün Azərbaycan yığmasının üç yunan-Roma güləşçisi mübarizəni erkən başa vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI