Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FİFA DÇ-2026-nın formatını təsdiqlədi

14 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

FİFA DÇ-2026-nın formatını təsdiqləyib.

Press.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

 

Əvvəlcədən məlum olduğu kimi, mundialın final mərhələsində 48 komanda iştirak edəcək. İlkin olaraq komandaların üç iştirakçıdan ibarət 16 qrupa bölünməsi nəzərdə tutulsa da, bəzi komandaların turnirdə cəmi iki oyun keçirməsi FİFA rəsmilərini qane etməyib. Buna görə də milli komandalar dörd komandadan ibarət 12 qrupa bölünəcək. Ümumilikdə komandalar növbəti dünya çempionatında 104 oyun keçirəcək. Turnir 39 gün davam edəcək. 

Qeyd edək ki, dünya çeempionatına ilk dəfə üç ölkə ev sahibliyi edəcək. Turnir Meksika, ABŞ və Kanadada keçiriləcək.

Əlavə edək ki, 32 komandalı dünya çempionatı formatı 1998-ci ildən mövcud idi.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI