Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Real" "Barselona"ya qarşı məhkəmədə iştirak etməyə hazırdır

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Real" "Barselona"nı korrupsiyada ittiham edən iddia ilə bağlı açıqlama yayıb.

Press.az xəbər verir ki, daha əvvəl İspaniya purokurorluğu “Barselona”nın klubun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırmışdı. "Real"dan verilən açıqlamada isə bildirilib:

“Real"ın idarə heyəti bu gün keçirilən iclasında Barselona prokurorluğunun “Barselona” klubuna, keçmiş prezidentlər Xosep Bartomeu və Sandro Roselə, menecerlər Albert Soler və Oskar Qrauya qarşı irəli sürdüyü ciddi ittihamları nəzərdən keçirib.

Əsaslar korrupsiya cinayətləri, xüsusən də klubun Texniki Arbitrlər Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreira ilə münasibətləri ilə bağlı idi.

"Real" faktların ciddiliyindən dərin narahatlığını ifadə etmək istəyir və hüquq sisteminə güvəndiyini bir daha bəyan edir. Klub qanuni hüquqlarını müdafiə edərək, hakim prosesi bütün tərəflərə açdığı zaman məhkəmədə iştirak etməyə razıdır”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI