First slide

"Mançester Yunayted"in satışı yaya qaldı

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi klubun satışını yaya qədər təxirə salmaq qərarına gəlib.

Press.az "The Telegraph"a istinadən xəbər verir ki, satışı 2023-cü ilin birinci rübündə və ya aprelin sonunda başa çatdırmaq istəyinə baxmayaraq, klub sahibləri indi yay transfer pəncərəsinin açıldığı iyun ayına qədər gözləməyə hazırdırlar.

Amerikalılar klub üçün ən azı 5 milyard funt-sterlinq istəyirlər. Şeyx Casim bin Həməd Əl Tani və Ser Cim Ratkliffin hazırkı təklifləri bu məbləğdən azdır.

Qleyzerlər klubu satmaqda qərarlıdırlar. Lakin bunu münasib qiymətə etmək istəyirlər. Ona görə də onların tələsməyəcəyi bildirilib.

Qeyd edək ki, “qırmızı şeytanlar” hazırda İngiltərə Premyer Liqasında üçüncü pillədə qərarlaşıb. Komanda bu mövsüm İngiltərə Liqa Kubokunu qazanıb.

Oxşar xəbərlər
OTACI