Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Beşiktaş" "Qarabağ"la xeyriyyə oyunu keçirəcək?

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım xarakterli yoxlama oyunu üçün “Beşiktaş”la danışıq olub-olmadığı ilə bağlı sualı cavablandırıb.

Press.az xəbər verir ki, o, Misli Premyer Liqasının 26-cı turunda "Səbail"lə matçdan (3:0) sonra keçirilən mətbuat konfransında deyib:

“Beşiktaş”la elə danışığımız olmayıb. Digər komandalarla təkliflər varsa, yaxın günlərdə yəqin bilinəcək. Hamımız belə oyunun keçirilməsini, belə yardımın olmasını istəyərdik. Yəqin məsələ ciddi olduğu vaxt klub tərəfindən məlumat veriləcək. Bildiyim qədəri ilə “Beşiktaş”la klubumuz arasında danışıq aparılmayıb".

Qeyd edək ki, "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi xeyriyyə matçı keçirmək üçün Azərbaycan klubları ilə danışıq apardıqlarını söyləyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI