Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bizim üçün ilk 4-lüyə düşmək Premyer Liqanı qazanmaq kimidir" - Konte

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Tottenhem"in baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 27-ci turunda "Nottingem Forest"i məğlub etdikdən (3:1) oyundan sonra fikirlərini bildirib.

Press.az "Reuters"ə istinadən xəbər verir ki, Premyer Liqadakı mübarizələrindən danışan italiyalı mütəxəssis əsas rəqiblərinin "Liverpul" olduğunu deyib: 

 

"Bizim üçün ilk dördlüyə düşmək Premyer Liqanı qazanmaq kimidir. Bu, keçən mövsüm baş verdi və mən bunun möcüzə olduğunu söylədim. Bu mövsüm daha çətin olacaq. Mübarizədə çoxlu komanda var. 

Bu yarışda bizim rəqibimiz "Liverpul"dur. “Nyukasl” ötən mövsümdəkindən fərqlənir, çoxlu pul yatırılıb və güclü komandaya malikdir. “Çelsi”ni siyahıdan kənarlaşdırmıram. Çünki onların da son 11 və ya 12 oyunda ardıcıl qələbə qazanmaq şansı var. Heyətləri çox güclüdür".

Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 27 matçdan sonra 48 xalla 4-cü yerdədir. 5-ci pillədə qərarlaşan "Liverpul" londonlulardan 6 xal geri qalır. Lakin "Liverpul"un ehtiyatda bir oyun var.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI