Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Haaland bir nömrədir, hər oyun 5 qol vurmalıdır"

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 27-ci turunda "Kristal Pelas"ı məğlub etdikdləri oyunda (1:0) penaltidən vurduğu qolla komandasına qələbə qazandıran hücumçu Erlinq Haaland haqda fikirlərini bölüşüb.

Press.az xəbər verir ki, o, "Manchester Evening News"a açıqlamasında norveçli forvarda tərif yağdırıb: “O, hər oyunda beş qol vurmalıdır və etməsə, təzyiq altında olacaq ( gülür ). Amma indiyə qədər inanılmaz bir mövsüm keçirdiyi üçün ona heç bir təzyiq yoxdur.

Onun tapdığım ən böyük keyfiyyətlərindən biri heç vaxt ruhdan düşməməsidir. Bir şansını əldən verə bilər, amma buna görə heç vaxt depressiyaya düşmür, üzülmür. O, şansının olacağını və bundan istifadə edəcəyini bildiyi üçün həmişə pozitiv düşünür. Bu, futbolçu üçün inanılmaz keyfiyyətdir.

Onun həyatı həmişə topu tora vurmaqla bağlı olacaq. Bir-iki qol vurmasa, insanlar onun daha əvvəlki kimi olmadığını deməyə başlayacaqlar. Ancaq o, həmişə bir nömərdir".

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda vurduğu 27 qolla çempionatın ən yaxşı bombardiridir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI