Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cüdoçularımızdan 1 qızıl, 4 bürünc medal - Avropa kuboku

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun ilk günündə 1 qızıl və 4 bürünc medal qazanıblar.

Press.az xəbər verir ki, ilk gündə qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcələrində 14 cüdoçumuz, oğlanların yarışında isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Əhməd Rüstəmov (50 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.

Ayxan Mirzəzadə (55 kq) və Fərid Qarayev (55 kq) turnirin bürünc medalını qazanıblar. Eyni çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.

Ümüd Qurbanov (60 kq) bürünc medal uğrunda görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.

Qızların mübarizəsində Vüsalə Hacıyeva (48 kq) 5-ci, Gülşən Hüseynova (40 kq) 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında Həsən Həsənli (55 kq) isə 5-ci yerə çıxıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI