Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazarovdan dubl, komandasından qələbə

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya 3-cü liqasında 26-cı turun oyunları keçirilib.

Press.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Essen”lə qarşılaşıb. Nazarovun komandası oyundan qələbə ilə ayrılıb - 2:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 86-cı dəqiqədə Aleksander Sorqe ilə əvəzlənib. "Ersgebirge"nin qollarını elə məhz Dmitri vurub. O, 22 və 30-cu dəqiqələrdə penaltini dəqiq yerinə yetirib.

Rəqibin yeganə qolunu isə 66-cı dəqiqədə Tomas Eysfeld vurub.

Qeyd edək ki, “Ersgebirge” hazırda 33 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI