Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Çox istəyirəm ki, liqanın səviyyəsi yaxşılaşsın" - Qurban Qurbanov

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Press.az xəbər verir ki, o, futbolçularını qələbə münasibəti ilə təbrik edib.

-  Çox vacib oyun idi. Önəmli üç xal qazandıq. Oyundan razı qaldım. Çünki futbolçular topla dinamik rəftar edirdilər. Bu, bizim üçün vacib idi. Bilirdik ki, rəqibin yaxşı əks-hücumları var. Hücumda olmağımıza baxmayaraq, müdafiədə diqqətli oynadıq. Sadəcə rəqibə ilk hissəsinin sonunda qol epizodu verdik. Yaxşı, dinamik oyun keçirdik. Futbolçularımı təbrik edirəm.

 

Ətraflı

 

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

 

- Turnir cədvəlində ilk və son pillədə qərarlaşan komandalar oynadı. Səviyyə fərqi çox idi?

- 3:0 hesabı ilə qalib gəlsək də, bu, asan olmadı. Desək ki, çoxlu sayda qol epizodu yaratdıq... Qol epizodları var idi, amma elə də çox deyildi. "Səbail"i başa düşmək olar. Səfərdə oynayırdılar, sonuncu yerdədilər deyə, istər-istəməz ehtiyatlanırdılar. Deməzdim ki, böyük fərq var. "Səbail" "Sabah"ı kubokdan uzaqlaşdırıb. Biz özümüz kənarda qalmışıq. Hər bir komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Büdcə fərqi, şərait fərqi ola bilər. Amma futbol indi elə səviyyədədir ki, istənilən şəraitdə komandalar bacarıqlı müqavimət göstərirlər. Ona görə də böyük fərq olduğunu deməzdim.

- Çoxları artıq “Qarabağ”ın çempionluğu təmin etdiyini düşünür. Azarkeşlər yenidən sizdən Avropada uğur gözləyəcəklər. Artıq indidən yeni mövsümlə bağlı planları cızırsız?

- Qarşıda 10 oyun var. 10 oyun isə 30 xal deməkdir. Bizim hələ qarşıda çox gərgin matçlarımız olacaq. İstənilən oyunda xal itirmək ehtimalımız var. Əsas rəqiblərimizlə də qarşılaşacağıq. 9 xallıq fərq var hazırda, amma bir oyun uduzan kimi fərq altıya düşür. Bu barədə düşünmürük. Çempion olmaq istəyirik. Mövsüm boyu bunun üçün çalışırıq. Amma bu gün hələ heç nə təmin olunmayıb. Gələcək üçün isə həmişə vaxt ayırırıq.

- Milli komandamızın qarşıdakı oyunlarından nə gözləyirsiz?

- Uğurlar arzulayıram. Həmişə inamla baxmalıyıq. İstənilən şəraitdə belə olmalıdır. Bütün futbolçularda çox böyük təcrübə var, beynəlxalq təcrübə. Əlbəttə ki, rəqiblərin gücünü də həmişə real yanaşmalıyıq. 

- Millidə öz komandanızdan kimləri görmək istərdiz?

- Bu barədə nəsə deyə bilmərəm, mənlik deyil. İllər boyu milliyə xeyli sayda futbolçularımız gedib. Kimi uyğun görsələr, dəvət edəcəklər. Hər bir futbolçu millidə ən yaxşılardan olmalıdırlar. Həm oyunda, həm intizamda.

- Əlçatmaz olmaq hər zaman yaxşıdır. Bu mənada, əlçatmaz olmağınız sizi narahat edir, yoxsa..? Yəni rəqiblərin sizinlə başabaş futbol oynaya bilməsinə daha çox sevinərdiz?

- Ölkə futbolunun daha yaxşı səviyyədə olması üçün çempionatın səviyyəsi yuxarı olmalıdır. Klubların şəraiti daha yaxşı olmalıdır. Maraq daha böyük olmaldıır. Çox istəyirəm ki, liqanın səviyyəsi yaxşılaşsın. Daha baxımlı oyunlar olsun. Xeyli dəyişiklik var. Məşqçilərimiz çox yaxşı səviyyəyə gəlib çatırlar. Hər oyun istənilən rəqibə qarşı asan olmur. Rəqiblər çox düşünürlər. Bizə qarşı düzgün oyun qururlar. Bu, məni sevindirir. 

- Filip Ozobiç və Ramil Şeydayevi gələcək mövsüm üçün komandada düşünürsüz?

- Hazırda hər ikisi bizim futbolçularımızdır. Qarşıda vaxtımız var. 

- Diakabi və Benzianın zədələnməsi sizə sıxmır ki?

- Darıxdırır. Planlarıma görə, bu gün hər iki futbolçu çox yaxşı səviyyədə olmalıydılar. Əfsuslar olsun ki, mikrozədələr mane oldu. Ona görə ehtiyatlanırdıq. Bəlkə də çox ehtiyarlandıq deyə, belə oldu. Çox istəyərdim ki, zədələnməsinlər. Biz yenə səbr edərik. Hər bir halda, belə potensialı olan futbolçuların tezliklə formaya düşməsini istəyərdim. 

- Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım xarakterli yoxlama oyunu üçün “Beşiktaş” Azərbaycan klubları ilə danışıq aparır...

- “Beşiktaş”la elə danışığımız olmayıb. Digər komandalarla təkliflər varsa, yaxın günlərdə yəqin bilinəcək. Hamımız belə oyunun keçirilməsini, belə yardımın olmasını istəyərdik. Yəqin məsələ ciddi olduğu vaxt klub tərəfindən məlumat veriləcək. Bildiyim qədəri ilə “Beşiktaş”la klubumuz arasında danışıq aparılmayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI