Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Pis günün ömrü çox az olacaq" - Şahin Diniyev

11 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Belə hesabdan sonra danışmaq çətindir. Azərbaycanın ən yaxşı komandası və sonuncu yerdəki komanda oynadı. Fərq göründü”. 

Press.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qarabağ”a 0:3 hesabı ilə udzuduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis heyətdə itkilərin olduğunu vurğulayıb: “Cinahların qarşısını almağa çalışdıq. Buna uyğun heyət qurmuşduq. Kreativ oyunçularımız bu gün yox idi. Bu, bizə problemlər yaradırdı. Birinci hissədə özünəinam olmadı. Futbolçuların qorxu, təzyiq altında oynaması məni narahat etdi”.

Diniyev ikinci hissədə qol epizodlarını boşa verməklərindən gileylənib: “İkinci hissədə meydanda futbol oynamağa çalışdıq. Belə komandalarla oyunda qol şansların az olur. Amma bu gün 4 yüz faizli qol şansımız oldu. İstifadə etsəydik, hesab başqa cür olacaqdı. Demirəm, udacaqdıq. Amma vəziyyət fərqli olardı. Sevindirici haldır ki, “Qarabağ” kimi komanda ilə oyunda qol epizodları yaratdıq”. 

O, turnir cədvəlində sonuncu olmalarına baxmayaraq, ruhdan düşmədiklərini söyləyib: “Fakt odur ki, sonuncu pillədəyik. Amma ruhdan düşmürük, ikinci hissədəki oyunun davamı gələrsə, layiq olduğumuz yerdə olacağıq. Məncə, indi layiq olmadığımız yerdəyik. İnanıram ki, uğurlu nəticəyə imza atacağıq”. 

“Səbail”in çalışdırıcısı pis günün ömrünün az olacağına inanır: “İntizam baxımından problemimiz yoxdur. Futbolçu uduzursa, motivasiya etmək çətindir. Futbolçularla psixoloji söhbətlər aparırıq. Pis günün ömrü çox az olacaq. Zədəlilərimiz qayıtdıqdan sonra hücumda daha yaxşı oynamağa çalışacağıq. Buraxılan qollar asandır. Bu, məni narahat edir. Bu təzyiqin altından çıxacağıq. Psixoloji dəstək bizə çox vacibdir”.

O, “Neftçi” ilə görüşdə rəqib qapısına 19 zərbə endirdiklərini xatırladıb: “Bu gün ilk hissədə Qomis rəqib qapısına zərbə vurdu, İkinci hissədə də zərbələr oldu. Rəqib nə qədər imkan verirsə, o qədər zərbə vurursan. Qapıya zərbə hücumun tamamlanması deməkdir. "Neftçi" ilə oyunda biz qapıya 19 zərbə vurduq, rəqib isə 6 zərbə. Amma fakt odur ki, uduzduq. Qapıya zərbələrdən çox keyfiyyət lazımdır”.

Şahin Diniyev məğlubiyyətlərin ona da psixoloji cəhətdən mənfi təsir etdiyini vurğulayıb: “Desəm ki, vecimə deyil, yalan olar. Heç kimə heç bir şeyi göstərmək istəmirəm. Gəminin kapitanıyam. Kapitan da, gəminin uğurlu dönüş edəcəyindən əmin olmalıdır. İnanmırsa, gəmi heç yerə çata bilməz. Özümə də, komandama inanıram. Çox əziyyət çəkirəm.  Amma  komandanın, futbolçular yanında bunu hiss etdirmək istəmirəm. Futbolçularla aramızda münasibət yaxşı formadadır. Gələcəkdə uğurlu nəticə üçün ümidliyəm”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI