Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Gec ya da tez qələbələr və qollar gələcək" - Mahir Emreli

10 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Konyaspor"un yeni transferi Mahir Emreli Türkiyə mətbuatına açıqlama verib.

Press.az xəbər verir ki, o, əvvəlcə Türkiyə Superliqasının 24-cü turunda rəsmi debüt etdiyi Giresunspor"a qarşı oyun (0:0) barədə danışıb: "Giresunspor"la matç yeni oyunçularla birlikdə ilk matçımız idi. Bu qarşılaşmada qələbə qazanmağı çox istəyirdik. Uzun müddətdir qalibiyyət əldə etməmişik və qolumuz da yoxdur. 3 xal qazanmaq istəyimiz meydanda da görünürdü.  Müdafiədə çox qalmadan daha çox hücum etmək istədik. Deməli, bu mübarizə və futbol qələbə üçün bəs etmədi".

 

25 yaşlı hücumçu qarşıdakı görüşlədə daha çox çalışıb, mübarizə aparmalı olduqlarını söyləyib: "Hücumda yaradıcı olmalıyıq. Hələ itkilərimiz var. Bunları həll etməyə çalışacağıq. İnanıram ki, gec və ya tez qələbələr və qollar gələcək".

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində Zaqreb "Dinamo"sundan bu mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubuna keçib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI