Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

13 illik həbs oluna bilər

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyəli aparıcı-model Deniz Akkayaya qarşı 5 fərqli maddə ilə cinayət işi açılıb.

Press.az Axşam.az-a istinadən xəbər verir ki, istintaqın məhkəməyə müraciət edəcəyi təqdirdə Akkayanın təhdid, böhtan və təhqir kimi maddələrə görə 13 il müddətinə qədər həbs olunacağı bildirilib.

 

Belə ki, İstanbul şəhər prokurorluğu Akkayaya qarşı dövlət qurumlarını və təşkilatlarını təhqir etmə, alçaltma, ictimaiyyətə çaşdırıcı məlumatlar yaymaq, böhtan atmaq ittihamları ilə istintaq başladıb.

Prokurorluq tərəfindən aparılan bu araşdırma nəticəsində modelin ifadəsinin alınması üçün müvafiq hüquq-mühafizə orqanlarının əməkdaşlarına order verilib.

Qeyd edək ki, model "Ahbap" dərnəyinin rəhbəri, müğənni Haluk Leventin Sezgin Baran Korkmaz adlı türk iş adamı ilə əl-ələ olan fotosunu yayımlayaraq onunla birgə çalışan şəxsin fəaliyyətini sorğulayıb. Onun bu iddialarından sonra müğənni paylaşım edərək Denizi məhkəməyə verdiyini və ondan 5 milyon lirə məbləğində təzminat tələb etdiyini və qazanacağı təqdirdə pulu zəlzələdən zərərçəkənlər üçün xərcləyəcəyini bildirib.

Oxşar xəbərlər
OTACI