Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın 21 idmançısı muay-tay üzrə Avropa çempionatında iştirak edəcək

08 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Martın 20-də Türkiyənin paytaxtı Ankarada start götürəcək muay-tay üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.

Federasiyadan Press.az-a verilən məlumata görə, yeniyetmələr, gənclər və kişilər arasında təşkil olunacaq yarışda ölkəni biri qız olmaqla, 21 idmançı təmsil edəcək.

Onlar qitə çempionatına gənclərdən ibarət yığmanın baş məşqçisi Fəxri Əliyev, məşqçilər Mürsəl Yekbəşov və Qadir Talıbovun rəhbərliyi altında yollanacaqlar.

Avropa çempionatında Azərbaycanın beynəlxalq dərəcəli 3 hakimi iş başında olacaq. Bunlar Fərid Qarayev, Həmidə Xəlilova və Vüqar Əsədovdur

Qeyd edək ki, martın 29-dək davam edəcək yarış bu il Polşada keçiriləcək III Avropa Oyunlarına lisenziya xarakteri daşıyır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI