First slide

Mourinyo Terimlə fotosunu paylaşaraq Türkiyəyə dəstək oldu

08 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Roma"nın baş məşqçisi Joze Mourinyo Türkiyədə baş verən zəlzələ ilə əlaqədar bu ölkəyə dəstək nümayiş etdirib.

Press.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu haqda İnstaqram hesabında paylaşım edib.

O, “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terimlə çəkdirdiyi fotosunu paylaşaraq “Türkiyəli və suriyalı dostlarımı qucaqlayıram” yazıb.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 4 544 nəfər həlak olub, 26 721 nəfər yaralanıb.

Oxşar xəbərlər
OTACI