Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"a çatsaq, çempionluq barədə danışa bilərik" - Murad Musayev

06 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Uşaqlar oyuna yaxşı köklənmişdilər. Arqessiv, sürətli futbol göstərdik. Bizim üçün vacib olan üç xal əldə etdik”.

Press.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 21-ci turunda “Səbail”i 4:0 hesabı ilə darmadağın etdikləri oyundan sonra deyib. 

Rusiyalı mütəxəssis “Qarabağ”ın 2 gün əvvəl “Kəpəz”lə səfər oyununda xal itirməsinin onlar üçün əlavə motivasiya olmadığını bildirib: “Bizi maraqlandıran öz oyunumuzdur. Rəqibin xal itirməsi haqda düşünmürük”.

Musayev son turlar vurduğu qollarla bombardirlər yarışında üçüncü pillədə olan Coy-Lens Mikelsin çıxışına da toxunub: “Əlbəttə, o da bombardir olmaq istəyər. Əsas olan komandanın uğurudur. Mikels ötən mövsüm də bizim bombardirlərimizdən idi”.

“Sabah”ın çalışdıcısı komandasının ilk 30 dəqiqədən sonra parlaq çıxış etməməsinin səbəbini belə izah edib: “3:0-dan sonra rahatlaşmamışdıq. Amma bir az aqressiyamız azalmışdı. Oyuna nəzarət bizim əlimizdə idi. 90 dəqiqə eyni tempdə oynamağa çalışırıq. Əsas olan odur ki, nizamı itirmirik”. 

Mütəxəssis komandasının azlıqda qalmasına da toxunub: “Qırmızı vərəqə təəssüf doğurur. Hakimin qərarı 50/50 idi. Ümumilikdə oyunumuzdan razıyam. Heç vaxt azlıqda qalmaq istəmirik. Heç nədən qırmızı vərəqə aldıq. Yerli və ya yersiz qırmızı vərəqə olur?”

O, növbəti dəfə çempionluq barədə danışmaq istəməyib: “Xal baxımından "Qarabağ"a çatsaq, çempionluq barədə danışa bilərik. İndiki məqamda 5 xallıq fərq böyükdür”.

M.Musayev sona kimi bu tempi qorumağa çalışacaqlarını vurğulayıb: “Ümid edirəm ki, eniş olmayacaq. Sehrbaz deyiləm. Əvvəlki xal itkilərinə baxsaz, ya azlıqda olmuşuq, ya rəqib şansının köməyi ilə qol vurub. Qırmızı vərəqələr, zədələr itkilərə gətirib çıxardı. Rəqiblərlə aramızdakı xal fərqinə baxmalı deyilik. Oyundan oyuna düşünməliyik. Regionlarda oynamaq çox çətindir. "Qarabağ" Gəncədə çətinliklə üzləşdi. Meydança pis idi. Biz öz oyunlarımıza köklənməliyik”.

Sonda isə “Sabah”ın baş məşqçisi yeni transferin olub-olmayacağı ilə bağlı sualı cavablandırıb: “99 faiz yeni transfer gözlənilmir. İstədiyimiz oyunçuları ala bilmədik”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI