Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Premyer Liqa: “Neftçi” ikinci hissədə vurduğu qollarla “Sumqayıt”a qalib gəlib

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasının 21-ci turunda daha bir oyun keçirilib.

Press.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı sınağa çəkib.

“Gənclik şəhəri” təmsilçisi güclü rəqibinə bir hissə müqavimət göstərə bilib. “Ağ-qaralar” ikinci hissədə vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb. Paytaxt klubunun heyətində Solomon Kverkveliya (54-cü dəqiqə) və Mateus Saldanya (64) fərqləniblər.

Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Neftçi” turnir cədvəlinin 3-cü pilləsindəki mövqeyini bir qədər də möhkəmlədib. Laurentsiu Regekampfın yetirmələri artıq ən yaxın izləyiciləri “Zirə”ni 12 xal qabaqlayırlar. “Sumqayıt” isə aktivindəki 15 xalla səkkizinci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” (2:2) ilə heç-heçə edib. Fevralın 6-da “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI