Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bəhlul Mustafazadə “Kəpəz”lə oyun haqda: “Heç-heçə pis nəticə deyil”

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Heç-heçə pis nəticə deyil”

Press.az xəbər verir ki, bunu “Report”un Qərb bürosuna açıqlamasında “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə “Kəpəz”lə heç-heçə etdikləri (1:1) Azərbaycan Premyer Liqasının 21-ci tur oyunu barədə danışarkən deyib.

26 yaşlı müdafiəçi Gəncədəki görüşdə xal itkisini meydançanın durumu ilə əlaqələndirib: “Meydançanın vəziyyəti ürəkaçan deyildi. Bizə oynamaqda çətinlik yaradan səbəblərdən biri də bu idi. Məlumdur ki, bütün komandalar bizə qarşı oyuna yüksək əhval-ruhiyyədə hazırlaşırlar. “Kəpəz”in çıxışında bunu bir daha gördük. Müdafiəyə üstünlük verib, daha çox kompakt oyun nümayiş etdirdilər. Belə bir meydançada bu cür oyun göstərən komandanın müdafiəsini yarmaq bizim üçün istər-istəməz çətin oldu”.

Qeyd edək ki, “Qarabağ” 57 xalla Premyer Liqaya liderlik edirsə, “Kəpəz” aktivindəki 14 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI