Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropanın 7 klubu “Barselona”nın hücumçusunu istəyir

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniyanın “Barselona” klubunun futbolçusu Ansu Fati Avropanın 7 klubunun maraq dairəsindədir.

Press.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Almaniya təmsilçisi “Bavariya” gənc hücumçu uğrunda mübarizədə favorit sayılır.

Münhenlilərlə yanaşı, “Arsenal” və “Tottenhem” də daxil olmaqla İngiltərənin 4 klubu da 21 yaşlı forvardı heyətinə cəlb etmək niyyətindədir. Ancaq hələlik kataloniyalılar heç bir komandadan rəsmi təklif almayıblar. Fati “Barselona”da əsas heyətə düşməkdə çətinlik çəksə də, baş məşqçi Xavi Ernandes onun komandada qalmasını istəyir.

Qeyd edək ki, Ansu Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI