First slide

Belçikalı futbolçunun “Qəbələ”yə transferi dəqiqləşib

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərakeş əsilli belçikalı futbolçu Ayyub Allaşın karyerasını “Qəbələ”də davam etdirəcəyi dəqiqləşib.

Press.az xəbər verir ki, bunu “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın 21-ci turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra 25 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını söyləyib. O, hazırda Qəbələdə olan pleymeykerə böyük ümidlər bəsləyir: “Allaş ötən ilin yayından bəyəndiyim futbolçudur. İnanıram ki, çıxışı ilə komandamıza əlavə rəng qatacaq”.

Qeyd edək ki, Ayyub Allaşın son klubu Belçika təmsilçisi “Virton” olub.

Oxşar xəbərlər
OTACI