Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Premyer Liqa: “Zirə” və “Qəbələ” hərəyə 1 xalla kifayətləniblər

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasında 21-ci turun daha bir oyunu keçirilib.

Press.az xəbər verir ki, turnir cədvəlində “qonşu” olan “Zirə” və “Qəbələ” birincilərin meydanında üz-üzə gəliblər.

UEFA Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqib sayılan komandaların dueli bol qollu alınıb. “Qəbələ” Rafael Utziqin erkən qolu (2-ci dəqiqə) sayəsində hesabı açsa da, çox keçmədən ev sahibləri bərabərlik topunu vurublar. Dmitrios Çantakias 14-cü dəqiqədə fərqlənib.

Tərəflər ikinci hissədə də hərəyə bir dəfə rəqib qapısına yol tapıblar. Əvvəlcə Loris Broqno 57-ci dəqiqədə bakılıları önə keçirib. Ancaq matçda son nöqtəni 77-ci dəqiqədə Felipe Santos qoyub – 2:2. Nəticədə komandalar hərəyə 1 xalla kifayətləniblər.

Hazırda “Zirə” 32 xalla turnir cədvəlinin dördüncü, “Qəbələ” isə 27 xalla beşinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz”lə “Qarabağ” heç-heçə (1:1) ediblər. Bu gün “Neftçi” – “Sumqayıt”, fevralın 6-da isə “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI