Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DÇ-də yarımfinalçılar bəlli oldu

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə klublararası dünya çempionatında ikinci mərhələnin oyunları keçirilib.

Press.az xəbər verir ki, Mərakeşdə təşkil olunmuş turnirin yarımfinalına vəsiqə uğrunda ilk oyun yerli "Vidad"la "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) arasında baş tutub.

Bu oyunun əsas və əlavə vaxtı bərabərliklə bitib – 1:1. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Əl-Hilal” yarımfinala yüksələrək Braziliyanın “Flamenqo” komandasına rəqib olub. Bu oyun fevralın 7-də keçiriləcək.

Digər oyun isə Misirin “Əl-Əhli” və ABŞ-ın "Sietl Saunders" komandaları arasında baş tutub. Rəqibini 1:0 hesabıyla üstələyən “Əl-Əhli” yarımfinalda İspaniyanın “Real” (Madrid) komandası ilə qarşılaşmaq hüququ əldə edib. Bu görüş isə 8 fevralda keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI