Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Borussiya”dan Niderland klubuna

05 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Press.az xəbər verir ki, sözügedən klub Belçika millisinin və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Torqan Azarı icarəyə götürüb.

29 yaşlı vingerin mövsümün sonuna kimi Niderlandda çıxış edəcəyi açıqlanıb.

Fransanın “Lans” klubunun yetirməsi olan Azad 2012-ci ildə “Çelsi”yə transfer olunsa da, bu komandada rəsmi oyuna çıxmayıb. Əvəzində futbolçu “Sulte Varegem” və “Borussiya” (Mönhenqladbax) klublarına icarəyə verilib. 2019-cu ildən oynadığı Dortmund “Borussiya”sında 122 oyuna 18 qol vurub, Belçika millisində 47 oyuna 9 dəfə fərqlənib.

PSV sol cinah müdafiəçisi Filipp Maksı da Almaniyanın “Ayntraxt” klubuna icarəyə verib. Bundesliqa təmsilçisi Almaniyadan olan 29 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Şalke”nin yetirməsi olan Maks ölkəsində “Karlsrue” və “Auqsburq”un da formasını geyinib. PSV-yə 2020-ci ildə transfer olunan futbolçu bu komandada 117 oyuna 8 qol vurub. O, Almaniya yığmasında da 3 oyun keçirib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI