"Barselona"nın əsas transfer hədəflərindən biri açıqlanıb.
Press.az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Xəbərə görə, Kataloniya klubu mövsümün sonunda bu qış transfer edə bilmədiyi oyunçunu - Braziliyanın "Flamenqo" klubunun sağ cinah müdafiəçisi Ueslini heyətinə qatacaq.
Qeyd edək ki, "Barselona" hazırda İspaniya çempionatının turnir cədvəlində lider mövqeyindədir. Kataloniyalılar əzəli rəqibi "Real Madrid"i 5 xal qabaqlayır.