Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cüdoçumuz qızıl medal qazandı

04 Feb 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.

Press.az xəbər verir ki, idmançımız həlledici dueldə fransalı Sedrik Revolu məğlub edərək yarışın baş mükafatına sahib çıxıb.

Bu, Azərbaycan cüdoçularının yarışda ilk medalı olub.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə fevralın 5-də yekun vurulacaq.

*          *         *

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

Qol.az xəbər verir ki, idmançımız ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.

Yaşar Nəcəfov (66 kq) 1/16 finalda An Cehonqa (Cənubi Koreya), Nurlan Osmanov (73 kq) isə eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

*     *       *

Bu gün Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinə start veriləcək.

Press.az xəbər verir ki, ilk gündə 3 çəki dərəcəsində 3 cüdoçumuz tatamiyə çıxacaq. Kişilər arasında -60 kq. çəkidə Balabəy Ağayev, -66 kq. çəkidə Yaşar Nəcəfov və -73 kq. çəkidə Nurlan Osmanov medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI