Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məşhur müğənnin bacısı xəstəxanaya yerləşdirildi - FOTO

28 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi haqda xəbərlər yayılıb. Xəbərin nə qədər doğru olub-olmadığını bilmək üçün Nazpəri Dostəliyeva ilə əlaqə saxladıq.

Press.az xəbər verir ki, sənətkar "Moderator"a xəbəri təsdiqləyib.

"Zeynəb bacım xəstəxanadadır. Qəfildən bu yeni yayılmış qriplərdən oldu, ona görə də xəstəxanaya yerləşdirdik. Səhhəti pisləşdi deyə xəstəxanaya aparmağa məcbur olduq. İnfeksiya olub, o da bədənini zəhərləyib. Mən bu haqda heç kimə deməmişəm, yəqin ki, eşidib, yaxud görüb yazıblar. Neçə vaxtdır qanıqara halda xəstəxanadayam. Hələ ki, həkim nəzarətindədir, görək onlar nə deyir?! İnşallah ki, yaxşı olar. Çox pis infeksiya və qriplər yayılıb, özünüzü qoruyun. Mən heç özümü qoruya bilmirəm" deyə sənətkar bildirib.

Oxşar xəbərlər
OTACI