Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qurban Qurbanov: "Qapıçı axtarışlarımız davam edir"

25 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qapı xətti ilə bağlı axtarışlarımız davam edir. Bir qapıçı gətirmək istərdim. Qarşıda bir neçə gün vaxtımız var".

Press.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

O, qarşılaşmada səhvə yol verən gürcüstanlı qolkiper Luka Quqeşaşvilini müdafiə edib: "Bizim məqsədimiz futbolçuların oyununu yaxşılaşdırmaq və onlara güvənməkdir. Hər bir oyunçuma güvənirəm, o cümlədən, qapıçılarıma. Qarşıdakı günlərdə daha yaxşı olmağa çalışmalıyıq".

Qurbanov "Turan Tovuz"a qarşı matçda çətinlik çəkdiklərini də etiraf edib: "İlk dəqiqələrdən gərgin oyun getdi. Möhkəm komandaya qarşı çıxış etdik. Qış fasiləsindən sonra daha yaxşı formalaşmış komanda ilə oynayırdıq. “Turan Tovuz”un iki hücumçusu müdafiəçilərimizə çox çətinlik yaratdı. Bu da Ayxan Abbasovun oyun üslubunun bir hissəsidir. Buna baxmayaraq, qalib gələ bildik. Antalyadan birbaşa Tovuza gəlmişik, futbolçularda istər-istəməz yorğunluq var. Çox vacib qələbə qazandıq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI