Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fərid Qayıbov Britaniya səfiri ilə görüşüb

23 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gənclər və idman naziri Fərid Qayıbov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu qəbul edib.

Press.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonağa ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verilib.

Fərid Qayıbov Azərbaycanla Böyük Britaniya arasında hər iki sahədə əlaqələrin uzun illərdir davam etdiyini, bunun ölkələrimiz üçün də faydalı olduğunu bildirib. Səfir Fergus Auld səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə Böyük Britaniya səfirliyinin siyasi məsələlər üzrə ataşesi Abbi Mozervel də iştirak edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI