Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yuventus"da rəhbərliklə futbolçular arasında görüş

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yuventus"un yeni rəhbərliyi klubun A seriyasında 15 xalının silinməsindən sonra futbolçularla görüşüb.

Press.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisinin yeni prezidenti  Canluka Ferrero və baş direktor Andrea Skanavino komandanın futbolçuları qarşısında 10-15 dəqiqə davam edən çıxış edib.

Klubun yeni rəhbərləri verilən cəzanı ədalətsiz adlandırıb və bildiriblər ki, bu haqsızlıqdan sonra birləşmək və daha da yaxşı işləmək lazımdır. “Yuventus” qanuni olaraq öz maraqlarını qorumağa çalışacaq və komanda meydanda xal qazanmalıdır.

Futbolçulara həmçinin söyləyiblər ki, bu çətin anda onlar bütün dünyada milyonlarla “Yuventus” azarkeşini təmsil edirlər. Bu baxımdan futbolçular meydanda maksimumunu göstərəcəklərini vurğulayıblar.

Qeyd edək ki, 15 xalın silinməsindən sonra Turin təmsilçisi hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI