"Qalatasaray"ın baş məşqçisi Okan Buruk rəsmi matçlarda ardıcıl 12-ci, Türkiyə Superliqasında isə ardıcıl 9-cu qələbələrini şərh edib.
Press.az xəbər verir ki, İstanbul təmsilçisi son olaraq dünən ölkə çempionatında "Antalyaspor"a 2:1 hesabı ilə qalib gəlib.
Matçda sonra mütəxəssis uğurlu seriya ilə bağlı deyib: "12 oyunda mən təkbaşına qalib gəlmədim. Komanda, heyət və azarkeşlərlə birgə qazandıq. Azarkeşlərimiz yenə möhtəşəm idilər. İnşallah yolun sonu çempionluq olar. Mən bu dönəmin baş məşqçisiyəm. Ən öndə görünən mənəm, amma camiə olaraq matçlara kökləndik".
Qeyd edək ki, "Qalatasaray" hazırda 45 xalla turnir cədvəlində 1-cidir.