Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xəyanət səhnələrinə görə kanala xəbərdarlıq edildi

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Kanal D" də yayımlandığı ilk gündən bəri tənqidlərə tuş gələn "Camdaki kız" serialı ilə bağlı şikayətlər gəlməkdə davam edir.

 

Press.az xəbər verir ki, "RTÜK"dən (Türkiyədə Radio və Televiziya Ali Şurası) növbəti dəfə serialla bağlı xəbərdarlıq edib. Şuranın rəhbəri Ebubekir Şahin bu barədə sosial media hesabında paylaşım edərək ekran işində xəbərdarlıqların ciddiyə alınmadığını və bu səbəbdən bölümlərin daha ciddi nəzarətdən keçəcəyini açıqlayıb.

Şikayətlərin yenidən artmasına səbəb isə ekran işinin sonuncu fraqmenti olub. Belə ki, yeni bölümdə obrazların (Nalan və Selenin) öz həyat yoldaşlarına xəyanət etdiyi əks olunub. 2 gün əvvəl yayımlanan sonuncu - 65-ci bölümdə açıq-aşkar xəyanət səhnəsinin ekranlara verilməsinin ardından quruma daxil olan şikayətlərin sayı artıb. Bu səbəbdən qurum növbəti xəbərdarlığını edib.

Xatırldaq ki, sözügedən serialdakı bir çox kadra görə kanal bir neçə dəfə cərimələnib.

Qeyd edək ki, ekran işinin baş rolunu aktrisa Burcu Biricik canlandırır.

Oxşar xəbərlər
OTACI