Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Toliki bu rayonda hotelə buraxmayıblar: Söylədim ki, bacımı, bibimi gətirim?

21 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prodüser Tarix Əliyev (Tolik) hotellərdən şikayətlənib.

Press.az xəbər verir ki, bu barədə o, “Ümid ilə gəl” proqramında danışıb.

Tolik deyib ki, Şamaxıda başına maraqlı hadisə gəlib:

“Bir narazılığım var, Şamaxıda hotellərdən birinə bizi buraxmadılar. Ailəli deyiləm, amma içki içmirəm, siqaret çəkmirəm. Həftəsonu gedib dincəlmək istəyirəm. Yanımdakılar da ailəli xanımlardır.

Sakit bir gün keçirib, gölün qırağında gəzmək istəyirik. Qətiyyən icazə vermədilər. Dedilər ki, ər-arvad olmalısız. Söylədim ki, ailəmlə gəlim, bacımı, bibimi gətirim. Yenə icazə vermədilər. Bu nə qədər düzgündür?

O qədər ailə tanıyırıq ki, əri gedib içib xanımını yıxıb sürüyür. Əgər sakitlik istəyirlərsə, səs-küydən narahat olurlarsa ki, kimsə kimisə döyər... Belə məsələlər də var. Bir adam tanıyıram içən kimi xanımını yıxır sürüyür, söyüşlər söyür”.

Oxşar xəbərlər
OTACI