Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" "Çukariçki"yə qalib gəldi, "Poqon"a uduzdu

18 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son 2 yoxlama oyununu keçirib.

Press.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşıb. Oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu 42-ci dəqiqədə Kevin Medina vurub.

 

"Çukariçki" hazırda Serbiya Superliqasında 35 xalla 16 komanda arasında 4-cüdür.

"Qarabağ" bu gün digər görüşdə isə Polşanın "Poqon" klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın qollarını 49-cu dəqiqədə Marko Veşoviç və 90+4-cü dəqiqəd Abdullah Zubir vurub.

"Qarabağ"dan 70-ci dəqiqədə Ramiş Şeydayev, "Poqon"dan isə Leandro Kutris birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bu cəza rəqib futbolçu təhqirə görə,Şeydayevə isə onu vurduğuna görə cəzalandırılıb.

Hazırda "Poqon" 29 xalla Polşa çempionatında 4-cü yerdədir. 

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Polşa "Rakuv"una 0:3 hesabı ilə uduzub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI