Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

La Liqa FİFA-dan CAS-a şikayət etdi

16 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

La Liqa İdman Arbitraj Məhkəməsində (CAS) FİFA-ya qarşı iddia qaldırıb.

Press.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. İspaniya liqasının təmsilçiləri klublararası dünya çempionatının formatının dəyişdirilməsindən narazıdırlar. Ötən ilin dekabr ayında FİFA prezidenti Canni İnfantino 2025-ci ildən etibarən turnirdə 32 komandanın iştirak edəcəyini bildirmişdi. Eyni zamanda, La Liqa klublararası dünya çempionatının qeyd olunan formatda keçirilməsinin qarşısını almaq üçün müvafiq hüquqi tədbirləri nəzərdən keçirəcəyini bildirib.

La Liqa rəhbərləri indi CAS-a bu haqda şikayət edib. Məsələ ilə əlaqədar məlumatda yazılıb: “FİFA peşəkar futbolun bütün oyunçularına real təsirini bilmədən yalnız bir neçəsini düşünür. Peşəkar futbolda bir çox peşəkar liqalar, bu beynəlxalq turnirlərdə iştirak etməyən minlərlə klub və oyunçu var. FİFA isə yalnız kiçik bir klub və oyunçular qrupunu düşünür.

Yeni beynəlxalq yarışların təqvimi ilə bağlı birtərəfli qaydada və əvvəlcədən xəbərdarlıq edilmədən qəbul edilən bu qərarlar bütün futbol ekosisteminə dönməz ziyan vurur”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI