Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qəbələ" Almaniya klubuna qalib gəldi

14 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxıb.

Press.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın "Şimal-Şərq" Regional Liqası təmsilçisi “Lukenvalde” ilə qarşılaşıb. "Qəbələ" görüşdə 3:2 hesablı əzmkar qələbə qazanıb. 

Azərbaycan təmsilçisinin qollarını 30-cu dəqiqədə Gülağa Əsədov, 57-ci dəqiqədə Ramon Maçado və 70-ci dəqiqədə Felipe Santos vurublar.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Rumıniya yüksək liqası təmsilçisi "Sepsi" ilə heç-heçə (2:2) edib. Komanda yanvarın 16-da Çexiyanın “Teplitse” klubu ilə qarşılaşacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI